D.Kvyat: “Rikkardonu bu il də məğlub edə bilərdim”

Daniil Kvyat bildirib ki, sabiq komanda yoldaşı Daniel Rikkardonu bu il də məğlub edə bilərdi.

F-1.az xatırladır ki, Kvyat keçən il Red Bull komandasına transfer olmuşdu və komandadakı debüt ilində daha təcrübəli komanda yoldaşı Daniel Rikkardonu turnir cədvəlində geridə qoymuşdu. Kvyat keçən il Rikkardonu turnir cədvəlində 3 xal qabaqlayaraq, çempionatı avstaliyalıdan bir pillə öndə – 7-ci pillədə bitirmişdi.

Bu mövsüm isə Kvyat İspaniya QP-dən əvvəl Toro Rosso-ya göndərilənə qədər Rikkardodan 15 xal az toplasa da, bildirib ki, əgər Red Bull-da qalsaydı, Rikkardodan yenə də çox xal toplaya bilərdi: “Keçən il Red Bull-un vəziyyətinə baxdığımızda görürük ki, bolid əvəlki ildən pis vəziyyətdə idi. Həmin il ilk mövsümünü keçirən sürücünün özünü göstərməsi daha asan idi. Həmin vaxt şərtlər mənim lehimə deyildi, amma getdikcə hər şey yaxşılığa doğru gedirdi.

Red Bull mövsümün ikinci yarısında sabit idi. Daniel ilə mübarizə apara bilirdim və onu keçə bilirdim. Danieldən daha çox xal topladım və bu il də edə bilərdim”.

Kvyat bu mövsüm Çin yarışında Red Bull komandasına ilk podiumunu qazandırmışdı. Amma bu ilk 4 yarışdakı yeganə uğur idi.

Rusiyalı sürücü Avstraliyada sıralanma turununun 1-ci sessiyasında mübarizəni dayandırmışdı. Bəhreyndə isə Kvyat 2-ci seesiyanı keçə bilməyərək, azarkeşlərini məyus etmişdi. Rusiyada isə ilk dövrədə Fettelə iki dəfə çırpılaraq, həm özünün, həm Fettelin, həm də komanda yoldaşı Rikkardonun yarışını məhv etmişdi.

Kvyat bu il Red Bull komandası ilə çıxdığı ilk 4 yarışı dəyərləndirib və göstərdiyi performansı müdafiə edib: “Məndən gözləniləndən daha yaxşı çıxış edirdim. Komanda üçün bu il ilk dəfə podium qazandım və performansım get-gedə yaxşılaşırdı.

Məndən gözlədikləri nəticələri aldılar. Ancaq bunu deyə bilərəm. Buna görə də düşünürəm ki, hər şeyi düzgün eləmişəm. Qətiliklə deyə bilərəm ki, hər şey düz idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*