N.Hülkenberq: Mən razıyam və xoşbəxtəm

F-1.az xəbər verir ki, dünən Əbu Dabidə birgünlük testlər baş tutub - alman sürücü yeni komandasında maşının sükanı arxasına keçib və gələn ilin təkərlərini sınaqdan keçirib.

Niko Hülkenberq: “Yaxşı sessiya oldu, biz xeyli təəssurat əldə etdik və məlumat topladıq. Məqsədimiz də bu idi. Proqramı tamamladıq, indi hər şeyi təhlil etməliyik. Gələn ilin təkərləri ilə tanış olduq, onların xüsusiyyətlərini öyrəndik. Testlər zamanı sınaqdan keçirilməli yeni şeylər hər zaman olur.

Mən gündən razıyam və xoşbəxtəm. Yoruldum, amma gözlədiyimdən daha çoxunu etdim. Qarşıda bizi 3 aylıq gərgin hazırlıq dövrü gözləyir. Planlarım var – nə edəcəyimi bilirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*