K.Maqnussen: Bunu ağlımdan keçirməmişdim

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, poulu heç ağlına da gətirməyibmiş.

F-1.az xatırladır ki, danimarkalı sürücü Braziliyada heç kimin gözləmədiyi anda poul qazanıb. O, dəyişkən hava şəraitindən istifadə edərək həm özünün, həm də Haas komandasının Formula1-dəki ilk poulunu əldə edib.

Kevin Maqnussen: “Nə deyəcəyimi bilmirəm. Komanda əla işlədi. Yaxşı dövrə vurdum və poul qazandıq. İdmandan bir il uzaq qaldıqdan sonra qayıtdım və bizim üçün əla çağırış idi. Bunu heç ağlımdan belə keçirməmişdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*