İnterlaqos daha 5 il Formula1-i qəbul edəcək

Formula1 rəhbərliyi İnterlaqos trası ilə beşillik yeni müqavilə imzalayıb.

F-1.az xatırladır ki, Formula1 rəhbərliyi Braziliya yarışını San Paulodan Rio de Janeyroya keçirmək istəyirdi və 2021-ci ildən etibarən yarış İnterlaqosda olmayacaqdı.

Ancaq tras meşəlik ərazidə tikiləcəyi üçün eko aktivistlər bu layihəyə etiraz ediblər. Buna görə də Formula1 təşkilatçıları İnterlaqos ilə yeni beşillik müqavilə bağlayıblar. Lakin yarışın adı artıq Brailiya Qran Prisi yox, San Paulo Qran Prisi olacaq.

Çeyz Keri: “San Paulu şəhəri 2025-ci ilə qədər Formula1-i qəbul edəcək və buna görə qürurluyuq. Yeni təşkilatçılarla işləməyi səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*