23 Oktyabr 2019, Çərşənbə - 22:08

Braziliya Qran Prisi 2020-ci ildən etibarən Rio de Janeyroda keçiriləcək

Braziliya Qran Prisi 2020-ci ildən etibarən Rio de Janeyroda keçiriləcək

Müəllif: Elçin Zodorov, redaktor

13:17 - 09 May, 2019

Bu barədə məlumatı ölkənin prezidenti çərşənbə günü keçirilən mətbuat konfransında verib.

F-1.az xəbər verir ki, hələ inşasına başlanılmamış, üçqat dünya çempionu əfsanəvi Ayrton Sennanın adını daşıyacaq tras Deodorodakı köhnə hərbi bazanın ərazisində yerləşəcək.

Jair Bolsonaru, Braziliyanın prezidenti: “Formula1 rəhbərliyi yarışı ölkəmizdə saxlamaq istəyir, lakin San Paulodakı trasın maliyyə problemləri və böyük borcları var. Trasın tikintisi özəl şirkətlər tərəfindən maliyyələşdiriləcək və 6-7 min yeni iş yeri yaranacaq. Bu, Rio de Janeyro və Braziliya üçün çox faydalı olacaq”.

Trasın konfiqurasiyasının Herman Tilke tərəfindən veriləcəyi bildirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , , ,
Paylaş

logo