R.Qrojan boliddən razı qalıb

Avstraliya Qran Prisinin ilk günündə mükəmməl performans göstərən Qrojan bolidin performansından razı qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü cümə sərbəst yürüşlərində 6-cı olub və Haas komandası ən sürətli 4-cü komanda təəssüratı yaradıb.

Roman Qrojan: “Yaxşı gün keçirdik. Boliddən və işçilərimizin performansından razıyam. Yeni mövsümə hazırıq. Təbii ki, hələ tezdir və rahatlanmamalıyıq. Bolidi təkmilləşdirməliyik. Daha güclü ola bilərik. Amma belə başlanğlc bizə motivasiya verdi. Hamı xoşbəxtdir və bu, bizə kömək edəcək. Əsl çətinlik sabah başlayacaq. Görək sıralanma turu və yarış necə keçəcək. Hava şəraiti də bizə təsir edəcək. Ümid edirəm ki, problem yaşamarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*