21 Sentyabr 2019, Şənbə - 13:14

Renault maşının arxa qanadını dəyişməli olacaq

Renault maşının arxa qanadını dəyişməli olacaq

Müəllif: Elçin Zodorov, redaktor

14:27 - 01 Mart, 2017

FİA nümayəndələri texniki reqlamentin tələblərinə uyğun gəlməyən halların olmaması üçün mövsümöncəsi testlərdə də maşınlara baxış keçirirlər. Maşınlar Albert Parkdakı yarışdan əvvəl – həmin həftənin cümə axşamı da təftiş olunacaqlar.

F-1.az xəbər verir ki, FİA Renault-nun maşınının arxa qanadının reqlamentə uyğun olmadığını açıqlayıb. Komanda R.S.17-nin arxa qanadında dəyişikliklər edəcək.

Maşının arxa tərəfindən uzanan şaquli element qanada yox, bir başa DRS-i aktivetmə hissəsinə bərkidilib. Komandalar həmin hissəni aerodinamik qazanc əldə etmək üçün mümkün qədər uzatmağa çalışırlar, lakin reqlament buna yol vermir və qanada bərkidilməsi tələb olunur. FİA Melburnda onlara heç bir irad tutulmaması üçün komandaya bunu dəyişməyi məsləhət görüb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 539
Teqlər , , , , ,
Paylaş

logo