Druqoviç sabah kokpitə qayıdır

Aston Martin komandası testin son günündə də gənc Felipe Druqoviçin xidmətindən yararlanacaq.

F-1.az xatırladır ki, braziliyalı sürücü Bəhreyndəki testlərin ilk günündə sükan arxasına keçmiş və 40 dövrə vurmuşdu. Bu gün isə komanda bütün günü Fernando Alonso ilə işləməyə üstünlük verib.

Lakin komanda bu gün testlərin bitməsinə iki saat qalmış qərar verib ki, keçən ilin Formula2 üzrə Dünya Çempionu Druqoviç sabah yarım gün işləsin.

Belə görünür ki, Malaqada velosiped qəzası edərək qolunu qıran Strollun vəziyyəti ciddidir və o ilk yarışa qədər sağalmaya bilər. Buna görə də komanda Felipeyə şans verir.

Sabah səhər Druqoviç, nahardan sonra isə Alonso trasa çıxacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*