S.Peres: “Karyeramı məhv etdim”

Racing Point komandasının sürücüsü Serxio Peres bildirin ki, 2013-cü ildə McLaren-ə getdiyi üçün Ferrari-yə keçmək şansını itirib.

F-1.az xatırladır ki, Ferrari sürücü akademiyasında yetişən meksikalı sürücü 2013-cü ildə McLaren komandasında Həmiltonu əvəz etsə də, gözlənilən perdormansı göstərə bilmədiyi üçün ilin sonunda komandadan qovulmuşdu.

Serxio Peres: “Alınmadı, çünki McLaren çox zəif idi və boliddə temp yox idi. Həmin il ən sürətli 6-cı komanda idik və podiuma belə yüksələ bilmədik. Oraya doğru zamanda getmədim. 2012-ci ildə Ferrari-nin bir üzvü idim. 2014-cü ildə onlar üçün yarışacaqdım. Sauber-də daha bir mövsüm keçirdikdən sonra Ferrari-yə transfer olacaqdım. Maranelloya getdim və Domenikali ilə danışdım. Mənə dedi ki, gəl 2014-cü il üçün müqavilə bağlayaq. Həmin illərdə məni Mercedes, Ferrari və McLaren almaq istəyirdi. Mən də çempion olmaq üçün güclü maşına keçmək istəyirdim. McLaren-i seçdim. Bu, Ferrari akademiyası ilə vidalaşmaq demək idi. Birillik müqavilə bağlamaqla səhv etdim. Bu, məyusedicidi idi. Çünki Formula1-dəki etibarım zədələndi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*