F.Alonso: Ferrari-yə görə son sessiyaya çıxa bilmədim

Alpine komandasının sürücüsü Fernando Alonso üçüncü sessiyaya Karlos Saynsa görə keçə bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün son sessiyaya çıxacağı gözlənilirdi, ancaq ikinci sessiyada Saynsın arxasında vaxt itirərək, ələndi. Onun üçüncü sessiyaya çıxmasına 0.032 saniyə çatmadı.

Fernando Alonso: “Heyif oldu. son dövrəmi vura bilmədim. Bir Ferrari ikinci sektorda ortada gedirdi və orada 0.4 saniyə itirdim. Əvvəlki dövrəmdən 0.6 saniyə sürətli gəlirdim və 16-cı döngədən 0.1 saniyə sürətli çıxdım. Bu qədər vaxt itkisi qəbulolunmazdır.

Maşın bütün həftəsonu ərzində sürətli idi. Sabah görək yerləri geri qaytara biləcəyikmi? yarışa 11-ci yerdən başlayacağıq və təmiz tərəfdəyik. Görək Ferrari-yə neçə yer cəza veriləcək?

Sabah təkər-təkərə mübarizə çətin olacaq, çünki sadəcə bir trayektoriya var. Ümid edirəm ki, sabaha qədər asfalt düzələr”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*