F.Alonso: “Hər kəsi məğlub edə bilərəm”

McLaren Honda komandasının sürücüsü Fernando Alonso iddialı açıqlama verib və bildirib ki, bütün bolidlər eyni gücdə olsa, hamını məğlub edə bilər.

F-1.az xatırldadır ki, Fernando Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titulunu qazanıb, amma daha sonra çoxlu qələbələr və podiumlar qazansa da, 3-cü çempionluğunu bayram edə bilməyib.

Fernando Alonso: “Mən əminəm ki, hamını məğlub edə bilərəm. Sıralanma turunda ən sürətli olduğumu zənn etmirəm. Yağışda və ya quruda, sıralanma turunda və ya yarışda hansısa rəqibimdən yaxşı olduğumuzu zənn etmirən.

Ancaq mən onlarla eyni vaxtda və eyni bolidlə trasa çıxsam, onları məğlub edə bilərəm. Bəlkə də ən yaxşı sektor göstəriciləri məndə olmaz, amma son nəticədə onları məğlub edərəm”.

Alonso Formula1-in hazırkı vəziyyətini də dəyərləndirib: “Hazırda bolidi sürməkdən həzz almırıq. F1 bolidləri 10 il bundan əvvəl 7-8 saniyə daha sürətli idilər. İndiki bolidləri sürmək maraqlı deyil.

Həmişə qənaət etməlisiniz. Təkərləri, yanacağı, batareyanı qorumalısınız. Bu isə bizim yarışçı ruhumuzla düz gəlmir. Ümid edirəm ki, gələn il bolidlər daha sürətli olar və mən də normal sürüş stilinə qayıdaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*