D.Kulthard: Fettel Şumaxerə ötmə etməyi öyrətməlidir

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Fettel gənc Şumaxerə ötmə etməyi öyrətməlidir.

F-1.az xatırladır ki, Mayami yarışında Mik Şumaxer dördqat Dünya Çempionu Fettellə 9-cu yer uğrunda mübarizə apararkən, rəqibinə təmas edib. Nəticədə hər iki sürücü də xalsız qalıb.

Devid Kulthard: “Məncə, onlar yaxşı dostdurlar. Seb çalışır ki, Mikə dəstək olsun. O, Mikə ötmə etməyi öyrətməlidir.

Mik təmasdan sonra komandasına dedi ki, döngə mənim idi. Bundan xoşum gəldi. Bunu deyəndə özündən şübhələnirdi. Məncə, bunu düşünərək səhv elədi. O qapı onsuz da üzünə bağlanacaqdı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*