C.Batton: Miki atası ilə müqayisə etmək olmaz

Formula1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton bildirib ki, Mik Şumaxeri atası Mixael ilə müqayisə etmək doğru deyil.

F-1.az xatırladır ki, əfsanəvi Mixaelin oğlu Mik Şumaxer hazırda Formula2-də mübarizə aparır və çempionatda liderdir. Əksəriyyət onu indidən atası ilə müqayisə edir, amma 2009-cu ilin Dünya Çempionu Censon Batton bildirib ki, bu, doğru deyil: “Mik çətin dövrdən keçir, çünki insanlar onu Mixaellə müqayisə edirlər. Lakin bu müqayisə haqsızdır. O, tamamilə fərqli insandır və stili də atasından fərqlidir.

Mik yaxşı insan təəssüratı yaradır və bu yönünə görə Mixaeli xatırladır. Formula2-də özünü təkmilləşdirdi. Formula1-də yarışmağa layiqdir, amma görək təzyiq altında necə yarışacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*