M.Şumaxer: Boliddən maksimumu almalıyıq

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, əllərindəki paketdən maksimum istifadə edəcəklər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyndə Formula1 karyerasının ilk xallarını almağa yaxın olsa da, 11-ci yeri tutub.

Lakin Ciddədə cümə günü Haas üçün elə də yaxşı başlamayıb. Maqnussen demək olar ki, dövrə vura bilməyib. Şumaxer isə daha yaxşı cümə günü keçirib və məlumat toplaya bilib.

Mik Şumaxer: “Dəyərli məlumatlar topladıq. Heyif ki, iki maşınla da işləyə bilmədik. Ümid edirəm ki, gələcəkdə fərqli olar. Əlimizdəki paketi yaxşı tanıyırıq. İndi bundan maksimumu almaq bizdən asılıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*