M.Ekström: Mik istedadlı sürücüdür

Dünən başa çatan Çempionlar Yarışında Mattias Ekstörm karyerasında dördüncü dəfə qalib gəlib. Təcrübəli sürücü öz fikirlərini bölüşüb.

F-1.az xəbər verir ki, o, Mixael Şumaxeri xatırlayıb, eyni zamanda da finalda mübarizə apardığı Mik Şumaxerdən bəhs edib.

Mattias Ekström: “Çempionlar yarışı mənim üçün həmişə çox şey ifadə edib. Dörd qələbə inanılmazdır. Parisdəki Stade de Frans-da ilk finalımı Sebastien Löbə qarşı qazandım, daha sonra London və Pekində Mixael Şumaxerə qarşı iki finalda qalib gəldim, ona görə də bu gün Miki finalda görmək məni çox həyəcanlandırdı.

Mən həmişə Mixaelə heyran olmuşam – onun fədakarlığı, zəhməti və istedadı inanılmaz idi. Onunla yalnız Çempionlar Yarışında tanış olmuşam və həmişə maraqlı keçib. Həmin anları məmnuniyyətlə xatırlayıram. Mik istedadlı yarışçıdır, onun vaxtı hələ irəlidədir. Gələcəkdə mübarizəmizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bilirəm ki, tezliklə məni udmağa başlayacaqlar, amma Mik uduzmaqdan utanmır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*