F.Tost: Alman azarkeşlərin qəhrəmana ehtiyacı var

F-1.az xəbər verir ki, AlphaTauri-nin rəhbəri Almaniyada Formula1-in gələcəyinin Mik Şumaxerin uğurlarından asılı olduğunu hesab edir.

Frants Tost: “Azarkeşlərin qəhrəmana ehtiyacı var. Onlar Mixael Şumaxerin qələbələrinə görə idmana maraq göstəriblər, maşın və ya Mercedes mühərriklərinə görə yox. Yalnız qəhrəmanlar belə maraq doğurur – bu, Mixael Şumaxerin və ya Boris Bekkerin timsalında aydın görünür. Borisdən əvvəl tennislə yalnız varlı insanlar maraqlanırdı. Boris və Steffi Qrafın uğurları ilə vəziyyət kəskin şəkildə dəyişdi. Birdən bütün uşaqlar tennis oynamaq istədi.

Mik Şumaxer yeni qəhrəman ola bilərdi, amma təəssüf ki, o, hazırda əsas pilotlar sırasında deyil. Biabırçılıqdır!. Mən onu AlphaTauri-də soyadına görə yox, istedadına və bacarığına inandığım üçün görmək istəyirdim. Formula3 və Formula2-də titul qazanmaq çox çətindir. Təəssüf ki, heç nə alınmadı.

Mercedes-in üçüncü sürücüsü rolu pis deyil, amma ictimaiyyət sizi yalnız daim diqqət mərkəzində olsanız görəcək. Buna görə də Mikin mümkün qədər tez peletona qayıtması çox vacibdir. Bu asan deyil, lakin qeyri-mümkün də deyil. Almaniyada Formula1-ə marağı Mikin karyerası müəyyənləşdirəcək. Niko Hülkenberq tək başına bu rolun öhdəsindən gələ bilməz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*