F.Tost: Qaslinin seçimi yoxdur

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Qaslinin hazırda elə də çox seçimi yoxdur.

F-1.az xatırladır ki, fransalı sürücü 2019-cu ildə Red Bull-a transfer olsa da, orada gözlənilən performansı göstərə bilməmiş və yenidən AlphaTauri-yə qaytarılmışdı. Ancaq Qasli o gündən sonra orta qrupda ən yaxşı performans göstərən pilotlardan biridir.

Frants Tost: “Pyerin təcrübəsi 2019-cu ilə nisbətən daha çoxdur. Bu da özünü hər sahədə göstərir. Xarakter olaraq çox güclüdür və texniki geri bildirimləri daha faydalıdır. Keçən il texniki cəhətdən komandaya liderlik edirdi, çünki Yuki debütant idi. Buna baxmayaraq, əla işlədi. Təkərlərə də yaxşı nəzarət edirdi.

O, güclü maşınla yarışlar qazana bilər. Onu Maks və Sebastyanla müqayisə edə bilmərəm. İkisi də böyük istedad idilər. Pyer üçün əsas doğru zamanda doğru yerdə olmaqdır.

Onun başqa komandaya keçəcəyi ilə bağlı söhbətləri olsa da, mənimlə heç nə danışmayıb. Ancaq AlphaTauri yaxşı komandadır. Zirvədə olmasaq da, inkişaf edirik. Hazırda əlində buradan elə də yaxşı alternativ yoxdur. Onsuz da rəqiblərin də heyəti məlun olub. Red Bull seçim ola bilər, amma Mercedes-də ona yer yoxdur.

Digərləri də bizdən çox güclü deyillər. Biz ona güclü maşın verməyə çalışırıq. Bu ona motivasiya verir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*