S.Fettel öz yerinə Şumaxeri gətirmək istəyir?

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel yerinə Mik Şumaxeri namizəd görür.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu ilin sonundan idmandan gedəcək və onun Aston Martin-dəki yeri boş qalacaq. O boş yerə namizədlər – Niko Hülkenberq, Aleks Elbon, Fernando Alonso və Mik Şumaxer – çoxdur.

Sebastyan Fettel: “Dünən Lourens ilə danışdım və ona dedim ki, gələn il idmanda olmayacam. Növbədə nələrin olacağı barədə qısa müzakirə etdik.

Öz fikrim var və Miki yüksək səviyyədə görürəm. Düzü, obyektiv düşünmürəm, amma ona yaxınam və düşünürəm ki, əla pilotdur. O həm də yaxşı şagirddir və həmişə yeni şeylər öyrənir. Lazımi xüsusiyyətləri var. Eyni zamanda gənc və təcrübəsizdir.

Bilmirəm. Qərarı mən verməyəcəm. Məndən soruşdular və fikrimi dedim. Son qərarı komanda verəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*