S.Fettel Britaniyada yaxşı xallar qazanmaq istəyir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bu həftə Silverstounda yaxşı xallar qazanmaq istəyir.

F-1.az xatırladır ki, “yaşıllar” Britaniya Qran Prisinə böyük yeniliklərlə gələcək və bu yeniliklərin hesabına 0.5 saniyə qazanmağı hədəfləyirlər.

Sebastyan Fettel: “Karyeram ərzində Silverstounda çox yarışa çıxmışam. Britaniyalı azarkeşlərin çılğınlığı və sürücüləri dəstəkləməsi mənə həmişə ləzzət edib. Bir sözlə mükəmməldir. Silverstounun döngələri 2022-ci il bolidlərini daha yaxşı anlamağımıza kömək edəcək və bolidi inkişaf etməyimizə dəstək olacaq. Ümid edirəm ki, buradan yaxşı xallarla ayrılarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*