15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:09

Silverstounun nəticələri ilbəil yaxşılaşır

Silverstounun nəticələri ilbəil yaxşılaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:32 - 21 Yanvar, 2016

Son illər Silverstoun çətin maliyyə drumuna düşmüşdü: yeni boks kompleksinin tikintisi üzündən avtodromun zərəri beş milyon funt sterliqi ötüb keçmişdi. İki il əvvəl Patrik Allenin avtodromun icraçı direktoru seçilməsi vəziyyətə yaxşıya doğru dəyişib.

F-1.az bildirir ki, Allenin ilk atdığı addım Böyük Britaniya Qran Prisinə ən ucuz biletlərin dəyərinin 99 funta salınması oldu. Bu təklif azarkeşlər üçün maraqlı oldu və 2014-cü ildə yarışa gələn tamaşaçıların sayı 120 min, 2015-ci ildə isə 140 min oldu – bu il həftəsonu üzrə Silverstouna baş çəkən tamaşaçıların sayı 350 mini keçdi. Nəticədə, avtodrom artıq bu il gəlir götürməyə başlayıb.

Patrik Allen: “Mən maliyyə hesabatlarına baxdım – biz atyıq gəlirlə işləyirik. Son  ildə biz birinci dəfə zərərlə işləmədik. Maliyyə baxımından bu yaxşı xəbərdir. Biz bütün vəziyyəti dəyişə bildik və bu çox xoşdur.

Bizim komandamız, Silverstounun bütün əməkdaşları yorulmadan çalışdıq və bu nəticəyə nail olduq. Bütün kollektivin səyi olmadan biznes qurmaq mümkün deyil. Xoşbəxtlikdən, biz bunu etdik”.

Buna necə nail olması barədə danışarkən, Allen əlavə edib: “Biz bir çox müqavilələri yenidən nəzərdən keçirdik, Qran Prinin keçirilməsi xərclərini azaltdıq. Bundan başqa avtodroma gələn yollarda tıxac problemini də həll etdik – bu addım da azarkeşləri sevindirdi.

Aydındır ki, müxtəlif aksiyaların keçirilməsi sayəsində Qran Priyə biletin dəyəri aşağı düşdü və biz bazar günü əvvəlki illə müqayisədə 20 min tamaşaçı qazandıq. Nəticədə biz növbəti ilin biletlərini də bir qədər ucuzlaşdırdıq – hər şey çox sadədir. Həmişə demişəm ki, əgər azarkeşlər bizi dəstəkləsələr və Qran Priyə bazar günü 200 min tamaşaçı gəlsə, onda biz gələcəkdə qiymətləri bir qədər də sala bilərik.

Biz bu uğurumuzla rahatlaşmırıq. İndi biz biznesimizi inkişaf etdiririk…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 447
Teqlər , ,
Paylaş

logo