Rəsmən: Mik Şumaxer Ferrari ilə yollarını ayırıb

Ferrari komandası Gənc Sürücü akademiyasının üzvü Mik Şumaxerlə yollarını ayırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2018-ci ildə Ferrari-nin sürücü akademiyasına qatılmışdı. 2021-ci ildə Haas komandası ilə Formula1-də debüt edən Mik burada gözləntiləri qarşılamamış və 2022-ci ilin sonunda komanda ilə yolları ayrılmışdı.

Haas bəs deyilmiş kimi Ferrari Gənc Sürücü Akademiyası da əfsanəvi Mixael Şumaxerin oğlu ilə yolları ayırıb.

Ferrari bu barədə belə açıqlama verib: “Scuderia Ferrari və Mik Şumaxer dördillik tərəfdaşlığın ardından yollarını ayırmağa qərar verdilər. Mikə təşəkkür edirik və ona uğurlar arzulayırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*