M.Həkkinen: Red Bull artıq Ferrari-ni bağışlayan deyil

Sabiq Dünya Çempionu Mika həkkinen bildirib ki, Red Bull artıq Ferrari-nin heç bir səhvini bağışlayan deyil.

F-1.az xatırladır ki, Şarl Lekler son 4 yarışdan poul qazansa da, heç birini qələbəyə çevirə bilməyib və bunların ikisində motor probleminə görə mübarizəni dayandırıb.

Mika Həkkinen: “Bütün bu hadisələrdən sonra Şarl Lekler düşünür ki, bəxti necə öz tərəfinə çevirsin. Son dörd yarışın hamısına pouldan başladı və vahid dövrə performansı çox yaxşı idi. Boliddən maksimumu çıxardı.

Bakıda son dövrələrdə yaxşı mübarizənin şahidi ola bilərdik. Maks fərqi qapadacaqdı. Amma Şarlın motoru vermədi ki, biz gözəl mübarizə isləyək.

Ferrari son üç yarışda nə itirdiyini bilir. İki dəfə motor problemi yaşadılar. Bir dəfə də səhv taktika seçdilər. Şarl Barselona, Monako və Bakıda üç qələbədən oldu.

Ferrari motorlu Haas və alfa Romeo-nun da mübarizəni dayandırma səbəbi maraqlıdır, çünki problemi tez həll etmək lazımdır. Ferrari özünə inanıb iş görməlidir. Əks halda Red Bull onların hər səhvini cəzalandıracaq. Bakıda bunu gördük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*