M.Şumaxer: Xal ala bilərdim

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, Azərbaycanda karyerasının ən yaxşı nəticəsini əldə etdiyi üçün sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıdakı xaotik yarışda 13-cü yeri tutub və xal qazana bilməyən pilotlar arasında liderliyə – 17-ci yerə – yüksəlib.

Mik Şumaxer: “Heç də asan yarış deyildi. Yarışın əvvəlində təkər yeyilməsi gözlədiyimizdən çox oldu. Pitə planlaşdırdığımızdan tez girdik. C3 tərkiblər də tez yeyilirdi və heç də yaxşı deyildi. Buna görə də təhlükəsizlik maşını çıxanda C5 tərkiblərə qayıtdıq. Burada təkərləri qorumaq çox vacib idi. Yarışda qaldıq və finişə çata bildik. Xal almağa yaxın idik. Bir neçə xal almaq istəyərdim. Lakin 13-cü yer indiyə qədər əldə etdiyim ən yaxşı nəticədir. Ümid edirəm ki, ardıcıl üç yarışdan yaxşı nəticələr əldə edərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*