K.Maqnussen: Ümid edirəm belə davam edərik

Haas komandasının sürücüsü Kevin Maqnussen ümid edir ki, Ciddədəki performanslarını növbəti yarışlarda göstərə biləcəklər.

F-1.az xatırladır ki, danımarkalı sürücü Səudiyyə Ərəbistanı yarışında güclü performans göstərərək, 10-cu olub və Haas-a builki ilk xalları qazandırıb.

Kevin Maqnussen: “Bu xal bizim üçün çox vacibdir. Həftəsonu pis başlasa da, hər şeyi xeyrimizə dəyişə bildik.

Yarış problemsiz başladı və startda təkərlə yaxşı nəzarət etdim. Hard təkərləri Tsunodadan əvvəl götürsəm də, vəziyyəti yaxşı idi. Yarışın sonunda onu keçdim və 1 xal qazandım.

Yukiyə etdiyim hücum gözəl idi. Yarış ərzində gözəl müdafiə olundu. Son döngədən həmişə yaxşı çıxırdı və ilk döngədə müdafiə olunma şansına sahib idi. Lakin sonda onu keçdim və çox xoşbəxtəm.

Deyəsən həftəsonu komanda ilə birgə yaxşı sazlanma tapdıq. Təkər yeyilməsi Bəhreyndən az idi. Buna görə sevinməliyik. İnkişaf etmişik və ümid edirəm ki, Melburnda da yaxşı nəticə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*