Rəsmən: M.Şumaxer Ferrari-ni seçib

Formula1 üzrə yeddiqat Dünya Çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer rəsmən Ferrari-nin gənc sürücü proqramına qatılıb.

F-1.az bildirir ki, Şumaxerdən başqa Kallum Aylott, Culiano Alezi, Markus Armstronq, Robert Şvartsman, Entso Fittipaldi və Canluka Petekof akademiyaya qoşulublar.

Formula2-də qələbələr qazanmış Antonio Fuoko və Avropa F3 seriyasında mübarizə aparan Quan Yu Çjou artıq akademiyada deyillər.

Mikin keçidi barədə Ferrari komandasının rəhbəri Mattia Binotto danışıb: “Onu uşaqlıqdan tanıyan biri kimi deyə bilərəm ki, komandaya gəlişi mənim üçün xüsusidir. Amma onu istedadına, şəxsiyyətinə və peşəkarlığına görə seçdik. Gənc olsa da, indidən bu keyfiyyətlərini göstərib”.

Mik Şumaxer də atasının 5 çempionluq qazandığı komandaya keçdiyi üçün xoşbəxtdir: “Anadan olandan Ferrari-nin yeri mənim üçün ayrıdır. Bu komanda ailəmizin qəlbindədir. Buna görə də çox xoşbəxtəm”.

Bu il Formula2-də debütə hazırlaşan Mik Şumaxer mövsümiçi testlərdə Formula1 maşını da sürməyə ümidlidir. Ferrari testlərdə almaniyalı sürücüyə şans verməyə hazırlaşır – Mik bir aydan sonra Haas və ya Sauber-lə trasa çıxa bilər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*