Alfa Romeo Şumaxerlə test etməyəcək

Alfa Romeo komandasının rəhbəri Frederic Vassyör bildirib ki, 2020-ci ildə Mik Şumaxerlə test etməyəcəklər.

F-1.az xatırladır ki, Mik Şumaxer hazırda Ferrari sürücü akademiyasındadır və Alfa Romeo ilə Formula1-də debüt etmək ehtimalı var. Bəhreyn testlərində həm Ferrari-nin, həm də Alfa Romeo-nun sükanı arxasına keçən almaniyalı sürücünün 2020-ci ildə daha çox testlərdə iştirak etməsi gözlənilirdi.

Frederik Vassyör: “Gələn il əlavə testlər olmayacaq. Mik Şumaxer əvvəlcə Formula2-də yaxşı performans göstərməli və qalib gəlməlidir. Ancaq onunçün bunu etmək çətindir, çünki üzərində təzyiq çoxdur. Onu izləməyə davam edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*