Niko Hülkenberq Haas ilə qayıdır?

Haas komandası 2023-cü il üçün Niko Hülkenberqlə yarışmağa çox yaxındır.

F-1.az bildirir ki, almaniyalı sürücü yerlisi Mik Şumaxeri əvəz etməyə hazırlaşır. Əfsanəvi Mixael Şumaxerin oğlu Mik ən az bir il Formula1-ə fasilə verəcək. Buna səbəb isə gənc Şumaxerin builki uğursuz çıxışıdır. Xüsusən də Sinqapur yarışından sonra Haas ona xəbərdarlıq versə də, o performansını yaxşılaşdıra bilməmişdi.

Bundan başqa Haas komandası yeni titul sponsoru tapıb və buna görə də maliyyə cəhətdən güclənib. Belə olna halda Ameirka təmsilçisi təcrübəli və xal almağı bacaran sürücülər almaq istəyir.

Haas komandasının Niko Hülkenberqi ya Braziliyada ya da Əbu Dabidə mətbuata bildirməsi gözlənilir. Bu qərardan sonra Mik Şumaxerin bir il boşda qalması gözlənilir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*