Haas komandası Bakı yarışından öncə reliz yayıb

Haas komandası Bakı şəhər trasında keçiriləcək Azərbaycan Qran Prisinə hazırlaşır. Bu tras həm sürətlərin maksimum həddə çatdığı çox uzun düzlüklə, həm 90 dərəcəlik döngəlardan əvvəl sərt əyləcləmə zonaları ilə, həm də qədim qala divarı boyunca uzanan və bütün çempionat təqvimində ən dar hissə sayılan sektoru ilə seçilir.

Üstəlik, bu il uik-endin cədvəli bir qədər fərqlidir və yarış bazar günü yox, şənbə günü keçiriləcək – buna uyğun olaraq məşqlər cümə axşamı başlayacaq, sıralanma turu isə cümə gününə keçirilib.

Ayо Komatsu: “Mənə elə gəlir ki, əvvəlki mərhələdə Madriddə komandamız özünü inamlı göstərib. Yekunda bazar günü xal qazana bilmədiyimiz üçün məyus olsaq da, yarışda yaxşı temp nümayiş etdirib və bu, Monzada əsası qoyulan işin davamı kimi ciddi irəliləyiş olub.

Bu, komandanın son texniki yeniliklərlə işi çox tez mənimsədiyinin əlamətidir, üstəlik onlar həqiqətən də effektli alınıb.

İndi Bakıya yollanırıq. Bu yarışın özünəməxsus tarixçəsi və təkrarolunmaz ab-havası var, buna görə də hamı bu uik-endi hər zaman səbirsizliklə gözləyib.

Çətin şəhər trasında həm uzun düzlüklər, həm də köhnə şəhərdə yerləşən çox dar hissələr var, buna görə mühəndislər maşını düzgün sazlamaq üçün asan olmayan vəzifələri həll etməli olurlar.

Məqsədimiz Monza və Madriddə başlayan irəliləyişi inkişaf etdirməkdir ki, hadisələrin istənilən ssenari üzrə inkişaf edə bildiyi bu trasda VF-26-nın potensialını tam şəkildə ortaya çıxaraq”.

Oliver Börman: “Baku City Circuit təqvimin ən maraqlı traslarından biridir və sən düzgün ritmə düşəndə, həm uzun düzlüyə, həm də köhnə şəhərdəki dolama hissəyə doğru yanaşmanı tapanda elə təəssürat yaranır ki, sanki bir dövrə ərzində şəhər turuna çıxmısan.

Bu uik-enddə mən inamlı çıxış etməyə və problemlərdən yayınmağa çalışacağam. Monzada təqdim etdiyimiz yeniliklər birmənalı şəkildə göstərir ki, indi biz daha aqressiv hücum edə bilirik, buna görə də nəyə qadir olduğumuzu göstərmək istəyirəm. Ardıcıl üç mərhələdən ibarət seriyaya mümkün qədər yaxşı başlamaq vacibdir”.

Esteban Okon: “Son vaxtlar komanda kifayət qədər yaxşı çıxış edir, bu da nikbinlik yaradır. Biz düzgün istiqamətdə işləyirik, sabit maşınımız var, texniki yeniliklər də öz sözünü deyir.

Qarşıda ardıcıl üç yarış var və bu seriyaya yaxşı hazırlaşmaq, tam dincəlməyə çalışmaq və düzgün psixoloji köklənməni qorumaq vacibdir – bu, komandadakı hər kəsə aiddir.

Ümumiyyətlə, bu üç həftə ərzində kollektiv daha da yaxşı birləşə bilər, çünki müəyyən iş ritminə giririk və mövsümün bu mərhələsində artıq bir-birimizi yaxşı anlayırıq.

Bakıda gözəl tras var, maraqlı və mürəkkəbdir, burada da Madriddə olduğu kimi tempi bütün sessiyalar boyu tədricən artırmaq lazımdır, səhvlər isə çox baha başa gəlir. İşə başlamaq üçün artıq səbirsizlənirəm”.

, , ,