A.Prost: “Renault-nun çempion olmağa ehtiyacı yoxdur…”

Formula1 üzrə 4 qat dünya çempionu Alen Prost Renault-nun dünya çempionu olmağa ehtiyacı olmadığını düşünür.

F-1.az xatırladır ki, Renault indiyə qədər  Williams, Benetton və Red Bull-la mühərrik təchizatçısı kimi çempion olarkən, bu uğuru zavod komandası kimi 2005-ci və 2006-cı illərdə qazanmışdı. Həmin 2 ildə komandanın pilotu Fernando Alonso da dünya çempionu olmuşdu.

Alen Prost: “Renault dünya çempionu olmaq məcburiyyətində deyil. Amma yüksək yerlər uğrunda mübarizə aparmalıdır. Beləliklə insanlar Renault-nun bir komanda olduğunu hiss edə bilər. Çempionluq Mercedes, Audi kimi komandalar üçün daha vacibdir. Renault çempion olarsa bu bonus kimi bir şey olar…”

Xatırladaq ki, Prost Renault-nun Formula1 komandasında yer almayacaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*