H.Y.Ştuk: “Melburnda Hülkenberq qalib gələcək”

Keçmiş Formula1 sürücüsü, “Lə Manın 24 saatı” marafonunun ikqat qalibi və DTM çempionu Hans Yoaxim Ştuk Avstriyanın Servus TV telekanalında […]

Keçmiş Formula1 sürücüsü, “Lə Manın 24 saatı” marafonunun ikqat qalibi və DTM çempionu Hans Yoaxim Ştuk Avstriyanın Servus TV telekanalında “Hangar-7” verilişində 2013-cü il mövsümünün ilk yarışının yekunlarına öz proqnozunu verib.

Ştukun fikrincə, Avstraliya Qran Prisinin gözlənilməz qalibi ola bilər: “Mənə elə gəlir ki, birinci yarışda Niko Hülkenberq qalib gələcək. Sauber hamıya sürpriz edə bilər. Əla maşın hazırlayıblar və testlərdən sonra paddokda hamı deyirdi ki, sürətli maşın alınıb. Ona görə də Nikonun şansları pis deyil.”

Eyni zamanda, Ştuk hesab edir ki, titul uğrunda mübarizə yenə də Sebastyan Fettel və Fernando Alonso arasında gedəcək. Amma bu dəfə qələbəni ispaniyalı sürücü qazanacaq…

Hans Yoaxim Ştuk: “Mənə elə gəlir ki, çempion Alonso olacaq. Ferrari-yə böyük basqı var, nəhayət, onlar titul qazanmalıdırlar. Qələbə qazanmaq üçün onlar əllərindən gələni edəcəklər. Alonso isə əsil qəhrəmandır.”

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*