14 Noyabr 2019, Cümə axşamı - 14:51

Sauber büdcənin məhdudlaşdırılmasını tələb edir

Sauber büdcənin məhdudlaşdırılmasını tələb edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:04 - 05 Mart, 2013

Məsrəflərin azaldılması üzrə razılıq Formula1-də son illər ən çox müzakirə olunan mövzudur. Sauber komandasının başçısı Monişa Kaltenborn komandalar arasında belə […]

Məsrəflərin azaldılması üzrə razılıq Formula1-də son illər ən çox müzakirə olunan mövzudur. Sauber komandasının başçısı Monişa Kaltenborn komandalar arasında belə bir razılığın əldə olunmasına təkid edir, onun fikrincə, yalnız bu yolla idmanda iqtisadi tarazlığı qorumaq olar…

Monişa Kaltenborn: “Mən hesab edirəm ki, büdcənin məhdudlaşdırılması mütləq tətbiq olunmalıdır. Əks halda yüksək məsrəflər gələcəkdə bir neçə komandanın çempionatı tərk etməsi ilə nəticələnəcək. Biz də digər idman növlərində olduğu kimi dünyanın iqtisadi vəziyyətinə laqeyd qala bilmərik, konkret addımlar atmalıyıq.

Çox vacibdir ki, məsrəflərə nəzarət prinsipi tədricən tətbiq olunsun – bu yolla biz komandalar üçün ümumi şərait yarada bilərik. Məsrəflərin məhdudlaşdırılması işin daha effektiv metoduna tələb edəcək. Mən komandaların bərabərləşdirilməsindən danışmıram, axı hamının özünəməxsus iş metodu var. Hamı üçün eyni olan oyun qaydaları tətbiq eləmək lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 404
Teqlər , ,
Paylaş

logo