D.Rikkardo İspaniyanı unuda bilmir

Daniel Rikkardo bildirib ki, İspaniyada itirdiyi qələbəyə görə məyusdur və bunu heç cür unuda bilmir...

F-1.az xatırladır ki, Rikkardo Mercedes sürücüləri yarışxarici qalandan sonra birinci yerə yüksəlmişdi və yarışın ilk yarısını birinci yerdə getmişdi. Red Bull Rikkardoya 3 pit-toplu strategiya tətbiq etdiyi üçün qələbəni və hətta, podiumu əldən vermişdi.

Daniel Rikkardo: “Yarışın nəticəsi əsəblərimi pozdu. Bunu unutmaq asandır? Heç də asan deyil. Bəs unuda bilərəm? Təbii ki.

Düzdür, yarış bir neçə gündür ki, geridə qalıb, amma hələ də yuxudan oyananda yarış ağlıma gəlir. Yatağa girəndə ağlıma gəlmir, amma oyananda ağlıma gəlir. Unutmağım üçün vaxt lazımdır.

Son 3 yarışı unuda bilmirəm, çünki layiq olduğumuz nəticələri qazana bilmədik. Həmişə daha artığını qazana bilərdik. Ancaq bu yarışdır və bu hadisələr yarışın bir hissəsidir”.

Rikkardo qələbə qazana bilmədiyi üçün məyus olsa da, bildirib ki, yarışı Red Bull qazandığı üçün xoşbəxtdir: “Bir tərəfdən sevinirəm ki, komanda yenidən qazandı. Bu qələbə hamıya motivasiya oldu, özümüzə olan inamı artırdı. Buna görə də yaxşıdır və mən də xoşbəxt olmağa çalışıram.

Amma şəxsən götürsək, çox məyusam. Çətin sonluqdur. Təbii ki, bu, komanda oyunudur, amma eyni zamanda özünüz üçün də mübarizə aparırsınız. Həm komanda kimi, həm də təkbaşına mübarizə aparırsınız. Bunu qəbul etmək çətindir”.

Rikkardo Ferstappenin gerisində qaldığı üçün məyus olsa da, bildirib ki, hollandiyalının gəlişi onun üçün yaxşı olacaq: “Maks güclü sürücüdür və bu mənim üçün yaxşıdır. Yaxşı motivasiya verir. Mən Red Bull-a gələndə Sebastyana qarşı idim və demişdim ki, ən yaxşılara qarşı mübarizə aparmaq istəyirəm. İndi də Maksa qarşı mübarizə aparmalıyam. O güclü sürücüdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*