K.Horner: “Volff görəsən Ferstappenə zəng edib?”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Toto Volffun Ferstappenə zəng edib-etməyəcəyi ona maraqlıdır.

F-1.az xatırladır ki, Toto Volff yarışdan əvvəl Yos Ferstappenə zəng etmiş və bu hərəkətinə görə sərt tənqidlərə məruz qalmışdı. Amma bu hadisədən sonra Maks yarışda Rosberqə hücum edərək, onu keçmişdi.

Kristian Horner: “Toto Volffun yarışdan sonra kimsəyə zəng etdiyi və ya mesaj atdığı mənə maraqlıdır. Ən azından bu telefon danışığından sonra Maksın geri addım atmaması çox gözəl oldu. Mükəmməl yarışdı və rəqiblərinin kimliyindən asılı olmayaraq hamısına hücum etdi.

Bazar günü Ferstappen şousu izlədik. O, möhtəşəm sürüş göstərərək, hamını əyləndirdi. Çox qüsursuz idi”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*