FİA: Klirensin dəyişdirilməsi reqlamentə ziddir!

FİA Formula1 komandalarını məlumatlandırıb ki, sıralanma turu və yarış arasındakı interval zamanı klirensi dəyişən istənilən sistem qanundan kənar hesab olunacaq. […]

FİA Formula1 komandalarını məlumatlandırıb ki, sıralanma turu və yarış arasındakı interval zamanı klirensi dəyişən istənilən sistem qanundan kənar hesab olunacaq.

Britaniyanın Autosport qəzeti FİA-nın nümayəndəsinə istinadən bildirib ki, dünən axşam federasiya bütün komandalara faks göndərib və asılqanlarla bağlı idman reqlamentinin bəzi maddələrini izah edib.

FİA-nın məktubunda deyilir: “Sıralanma turundan sonra bağlı parkda olan maşınının asılqanlarının sazlanmasını dəyişməyə yönələn istənilən qurğu və ya prosedur İdman reqlamentinin 34.5 bəndinin pozulması kimi qiymətləndiriləcək.”

Federasiya bu məsələyə rəsmən müdaxilə etməli idi, keçən həftə Malayziya Qran Prisi günlərində Red Bull komandası rəqiblərinin belə bir sistemdən istifadəsini təkzib etdikdən sonra FİA-nın mütəxəsisləri RB6-nı tam təftiş etmişdilər. Mütəxəssislərin qənaətinə görə, maşının konstruksiyasında qeyri-leqal sistem və ya texnologiyalardan istifadə olunmur. Buna baxmayaraq, rəqib komandalar hələ də əmindirlər ki, Red Bull-un konstruktorları maşının klirensini mexniki sistemlərdən istifadə etmədən dəyişməyin yolunu tapıblar.

lakin FİA-nın məktubunda daha bir abzas var, bura qeyd olunur ki, bu effektə verən istənilən sistem qanundan kənar hesab olunacaq: “Bundan başqa, biz hesab edirik ki, özünü tənzimləyən amortizatırlarla bağlı istənilən sistem texniki reqlamentin 3.15 bəndinə zidd olacaq.”

McLaren komandasının rəhbərliyi keçən uik-end bildirmişdi ki, belə bir sistem hazırlamaq niyyətindədirlər, bununla maşının sıralanma turunda sürətini artırmaq mümkündür, Mercedes GP komandasının başçısı Ross Braun isə FİA-dan məsələyə daha aydın izahat verməsini xahiş etmişdi.

İdman reqalmentinin 34.5 bəndinə əsasən, əgər qanun pozuntusu aşkarlansa, sürücü pit-leyndən start almalı olacaq. Texniki reqalmentin 3.15 bəndində isə deyilir: “aerodinamik effektliyə təsir edən maşının istənilən hissəsi:

– maşının korpusuna aid olan qaydalara münasib olmalıdır;

– maşının resor üstü bütün hissələri ilə sərt bağlanmalıdır;

– maşının resor üstü hissəsinə nəzərən tərpənməz olmalıdır;

Maşının resor üstü hissəsi ilə yer arasında əlaqə yaratmağa yönəlmiş istənilən qurğu və ya konstruksiya istənilən şəraitdə qadağandır.

Aerodinamikaya təsir edən heç bir hissə və korpusun heç bir hissəsi heç bir şəraitdə nəzarət xəttindən aşğıda olmamalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*