V.Bottas: Çox şey öyrəndik

Alfa Romeo komandası və Bottas dünənki testlərin nəticələrindən məmnun qalıblar. Mühəndislər Kubokunda 6-cı olan komanda bu testləri mövsümün yaxşı sonluğu hesab edir.

Valtteri Bottas: “Əbu-Dabidəki yarış həftəsonundan sonra Yas Marinada daha 129 dövrə vurdum – pis nəticə deyil! Bu gün biz diqqətimizi Pirelli-nin gələn il üçün hazırladığı təkərləri sınaqdan keçirməyə yönəltdik, ona görə də dəyərli məlumatların toplanması baxımından əhəmiyyətli bir gün oldu. Maşın əla işləyirdi, çox dövrə vurdum, çoxlu yeni şeylər öyrəndik, heç bir çətinlik olmadı və bu günü mövsümün yaxşı başa vurulması hesab etmək olar.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*