Lotus-un da təqdimatı onlayn olacaq

Lotus F1 Team komandası elan edib ki, əvvəl xəbər verildiyi kimi yeni şassini fevralın 6-da Xeresdə deyil, bir gün əvvəl […]

Lotus F1 Team komandası elan edib ki, əvvəl xəbər verildiyi kimi yeni şassini fevralın 6-da Xeresdə deyil, bir gün əvvəl internet şəbəkəsində təqdim edəcək. Bakı vaxtılə saat 20:00-da təqdimat mərasimi onlayn keçiriləəck. Elə həmin andan komandanın yeni saytı da fəaliyyətə başlayacaq. Yeni maşının rəng çalarları və indeksi barədə hələ heç bir məlumat verilməyib.

Xeresdə fevralın 6-da baş tutacaq tədbirdə isə komandanın sürücüləri Kimi Rəykkönen və Roman Qrojan, komandanın texniki direktoru Ceyms Əllison və komandanın başçısı Erik Bulye jurnalistlərin suallarına cavab verəcəklər. Tədbirdən sonra keçmiş dünya çempionu yeni maşınla trasda ilk dövrələr edəcək.

Lotus komandası mövsümöncəsi testlərdə sürücülərin iş qrafikini də dəqiqləşdirib. Xeresdə ilk iki günü Rəykkönen işləyəcək. Finlandiyalı sürücü Barselonada hər iki test seriyasında son iki günü trasa çıxacaq. Qalan günlərdə isə trasda Qrojan işləyəcək. Beləliklə, mövsümün ilk yarışına qədər hər iki sürücü altı test günü işləyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*