Force İndia-nın yeni əməkdaşı

Force İndia komandasının mətbuat xidməti yeni əməkdaşı ilə müqavilə bağlaması barədə reliz yayıb – sponsorlarla və mətbuatla işüzrə şöbəyə Şotlandiyanın […]

Force İndia komandasının mətbuat xidməti yeni əməkdaşı ilə müqavilə bağlaması barədə reliz yayıb – sponsorlarla və mətbuatla işüzrə şöbəyə Şotlandiyanın St.Andrews universitetinin məzunu Seydi Uiqqlzuort başçılıq edəcək. Seydi əvvəllər ralli üzrə dünya çempionatında Subaru və Aston Martin Racing komandaları ilə işləyib.

Vicey Malya, komandanın sahibi və başçısı: “Mən şadam ki, Seydi bizə qoşulub və kommersiya şöbəsinə başçılıq edəcək. Güclü texniki baza və təqvimdə Hindistan mərhələsinin debütü sponsorlarla danışıqlarda komandanın potensialını artırır.

Formula1 qlobal marketinq platformasıdır və Olmipiya oyunları və futbol üzrə dünya çempionatı ilə rəqabət aparır. Bu platformanın çərçivəsində Force İndia sərmayədarlar üçün nadir imkanlar təklif edir, biz ümid edirik ki, Seydi və onun əməkdaşları komandaya növbəti kommersiya inkişaf mərhələsinə keçməyə imkan verəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*