V.Liutsi güzgülərin yerdəyişməsini dəstəkləyib

İspaniya Qran Prisi ərəfəsində bəzi komandalar arxanı göstərən güzgüləri yan pantonların üzərindən monokokun üzərinə köçürməli olacaqlar. FİA-nın bu qərarını heç […]

İspaniya Qran Prisi ərəfəsində bəzi komandalar arxanı göstərən güzgüləri yan pantonların üzərindən monokokun üzərinə köçürməli olacaqlar. FİA-nın bu qərarını heç də hamı bəyənməyib, axı komandalar güzgülərdən aerodinamik elementlər kimi istifadə edirlər. Force İndia komandası da güzgülərdən maşının aerodinamikasında yararlanır, amma komandanın italiyalı sürücüsü Vitantonio Liutsi hesab edir ki, bununla trasda görmə həqiqətən artacaq…

Vitantonio Liutsi: “Mən hesab edirəm ki, bu düzgün qərardır, bu il trafiklə bağlı böyük problemlər olur, vibrasiyalar isə o qədər güclüdür ki, başa düşmək olmur ki, hansı maşın arxadadır.

Bəhreyndə və Melburnda şənbə günləri trafik mənə mane olmuşdu, məhz buna görə mən sıralanma turlarında komanda yoldaşıma uduzuram. Güzgülər belə aralı yerləşəndə trasdakı vəziyyəti başa düşmək çətin olur, amma Avropada biz güzgüləri monokoka yerləşdirəcəyik. Burada vibrasiya demək olar ki, yoxdur və vəziyyət yaxşılığa doğru dəyişməlidir.

Biz güzgülərin yerdəyişməsindən sonra maşının aerodinamikasındakı dəyişikliyi təhlil etdik və böyük itki müəyyən etmədik, amma rəqiblərimizdə bu itkilər böyük ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*