N.Hülkenberq: Peresi hirsləndirdim

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Serxio Peres onun arxasınd açox vaxt itirib.

F-1.az xatırladır ki, almaniyalı sürücü sprint yarışının sıralanma turunda 4-cü olub və sprint yarışının startındakı qarışıqlıqdan istifadə edərək, ikinciliyə yüksəlib. Lakin sonradan onun təkərləri yeyilib və əvvəlcə Peres, sonra Stroll keçib. bundan sonra quru təkərlər üçün pitə gedən Hülkenberq gerilərə düşsə də, rəqiblərini keçə-keçə yenidən 6-cı yerə yüksəlib və 3 xal qazanıb.

Niko Hülkenberq: “İnsidentli və gərgin sessiya idi, amma təbii ki, hamısı yaxşı keçdi. Startda lidelriyi qazanmağı gözləmiridm, amma Maksla Serxionun yaxın olduqlarını və mübarizə apardıqlarını gördüm. Buna görə üçüncü döngədə daxili trayektoriyaya keçdim və Çekonu geridə qoydum. Bu hal böyük ehtimalla onu çox hirsləndirdi, çünki arxamda çox vaxt itirdi.

Bura gələndə sprint yarışından xal qaznamağı gözləmirdik. Artıq xal qazandığımlız üçün sevincliyəm. Qarışıq hava şəraitində əyləncəli yarış oldu. Məncə, komanda da, mən də yaxşı yarlş keçirdik və özümüzə mükafat verdik.

Fürsətləri yaxşı dəyərləndirik və yaxşı nəticə qazandıq. Sıralanma turunda güclü olduğumuzu bilirik, ancaq problem yarışlardadır. Bu nəticəni komandanın inkişaf meyarı kimi tutmamalıyıq.

Əgər quru təkərlərə bir az tez keçsəydik, böyük ehtimalla Aston Martin sürücülərini də geridə qoya bilərdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*