24 Oktyabr 2019, Cümə axşamı - 01:26

Haas yeni tərəfdaş tapıb

Haas yeni tərəfdaş tapıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:12 - 02 Fevral, 2018

Formula1-in yeganə amerikalı komandası Haas özünə yeni sponsor tapıb.

F-1.az xatırladır ki, Haas komandası Formula1-də 2016-cı ildə debüt edib və ilk iki mövsümdə istədiyi qədər sponsor tapa bilməyib. Amma bu gün komandanın rəsmi saytından verilən açıqlamada Jack & Jones geyim şirkəti ilə tərəfdaşlıq müqaviləsi bağladığını bildirib. Bu müqavilə ilə birlikdə Jack & Jones Amerika təmsilçisinin geyim məhsullarını hazırlayacaq və şirkətin loqotipi VF-18-in arxa qanadına vurulacaq. Bundan başqa loqotipi geyimlərin və kombinezonların üzərində görəcəyik.

Günter Ştayner: “Jack & Jones ilə müqavilə bağladığımız üçün qürur duyuruq. Formula1-də yeni olsaq da, əxlaqımıza və işimizə görə onlara çox bənzəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 377
Teqlər , ,
Paylaş

logo