C.Rassell: Xüsusi podium idi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, podium qazanmaq çox xüsusi haldır.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu gün Albert PArkda üçüncü olaraq, Mercedes-dəki ilk podiumunu qazanıb və turnir cədvəlində ikinci yerə yüksəlib.

Corc Rassell: “Çox xoşbəxtəm. Qazanmaq üçün pn qrupa yaxın olmalısınız və başalarının problemlərindən yararlanmalısınız. Bu gün də iki dəfə bəxtimiz gətirdi.

Bazada ön tərəfə çatmaq üçün bütün günü işləyirlər. buna görə də bu podium çox xüsusidir. İndi siə təslim olmamalı və mübarizəyə davam etməliyik. Bu həftəsonu rəqiblərimizdən çox geri qalsaq da, podium qazandıq. Bu perofmansı davam etdirmək istəyirik və bir neçə yarışdan sonra yenidən zirvədə olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*