Avstraliya-2020: Həftəsonuna hava proqnozu

Son hava proqnozu Melburnda həftəsonu dəyişkən hava şəraiti vəd edir. Cümə axşamı və cümə günləri isti olacaq, şənbə gecəsi isə hava soyuyacaq və yağış yağacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü günortadan sonra havanın temperaturu + 27 dərəcəyə qədər qızacaq, axşama yaxın kəskin soyumağa başlayacaq. Səhər yağış yağacağı gözlənilmir, günortadan sonra yağış və şimşək çaxma ehtimalı 90% qiymətləndirilir.

Şənbə günü səma az buludlu olacaq, termometrlər isə gündüz +19 dərəcəni göstərəcəklər, yalnız 20% yağış yağma ehtimalı var.

Bazar günü buludlar səmada görünsələr də, gündüz temperatur +20 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı isə 10%-ə düşəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*