Italiya-2020: Yarışa hava proqnozu

Sürücülər cümə və şənbə günlərində quru havada işləyiblər. Bu gün də yağış yağacağı ehtimal olunmur.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər yerli saatla 15:10-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt hava dəyişkən buludlu olacaq, zəif cənub-şərq küləyi əsəcək. Termometrlər maksimum +26 dərəcəni gözləyirlər.

Montsada hava bazar ertəsi axşamı pisləşəcək, lakin yarış əsnasında yağıntı ehtimalı 10%-dən çox deyil.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*