Sinqapur-2016: Həftəsonuna hava proqnozu

Sinqapurda həftəsonuna hava proqnozu isti hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən xəbər verir ki, həftəsonu bütün günlərdə səhər saatlarında və günün ilk hissəsində güclü yağış yağma ehtimalı var, lakin sessiyalar başlayana qədər asfalt tamamilə qurumalıdır.

Cümə günündən bazar gününə qədər havanın hərarəti +28 dərəcəyə qədər qalxacaq, rütubət 80% olacaq. Sıralanma turu yerli vaxtla saat 21:00-da, yarış 20:00-da start götürəcək. Günəşin batma saatı isə 19:03-dür.

Xatırladaq ki, burada keçənilki Qran Prinin bütün seansları quru havada baş tutmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*