Barselona-2026: Həftəsonuna hava proqnozu

Barselona-Kataloniya Qran Prisi üçün proqnozlar yarış həftəsonu ərzində günəşli və isti hava vəd edir.

F-1.az xəbər verir ki, cümə günündən bazar gününə qədər İspaniya trası üzərində buludsuz səma gözlənilir və yağıntı ehtimalı yoxdur. Hər üç gün ərzində havanın temperaturu 27 dərəcə ilə 30 dərəcə arasında dəyişəcək.

Xatırladaq ki, ötən il İspaniya mərhələsinin bütün sessiyaları quru trasda keçirilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*