Sinqapur-2023: Həftəsonuna ilkin hava proqnozu

Sinqapur Qran Prisi üçün ilkin proqnozlar həftəsonu günlərində dəyişkən hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü hava buludlu, lakin yağıntısız olmalıdır. Temperaturun +31 dərəcəyə çatacağı gözlənilir. Şənbə günü də istilik eyni olacaq, lakin günün ilk yarısı yağış yağacaq.

Bazar günü də temperatur dəyişməyəcək, lakin günboyu yağış, hətta tufan gözlənilir.

Xatırladaq ki, keçən il burada həm sıralanma turu, həm də yarış nəm trasda baş tutmuşdu.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*