Mayami-2023: Yarışa hava proqnozu

Cümə və şənbə günləri sürücülər quru trasda işləyiblər, lakin Mayamidə bazar günü səhər yağış yağa bilər.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər isə isinmə dövrəsinə yerli vaxtla 15:30-da yollanacaqlar. Bu zaman artıq yağış dayanmalı və tras qurumalıdır. Lakin su rezin qatını yuyub aparacaq.

Yarış saatlarında hava dəyişkən buludlu, temperatur təxminən +26 dərəcə olacaq, mülayim şərq küləyinin əsəcəyi gözlənilir. Fasiləli yağış yağacağı ehtimalı da var.

,