Cümə və şənbə günləri Zandfortda günün ilk yarısında leysan xarakterli yağış gözlənilir. Havanın temperaturu şimal-qərb istiqamətli küləyin güclü əsdiyi şəraitdə +18 dərəcəyə qədər yüksələcək.
Bazar günü isə günəş özünü göstərəcək, külək bir qədər səngiyəcək və gündüz saatlarında temperatur təxminən +20C olacaq. Yarış günü yağıntı ehtimalı 10%-i keçmir.
Ötən il həftəsonunun bütün sessiyaları quru trasda keçirilib.





