Azərbaycan-2022: Həftəsonuna ilkin hava proqnozu

İlkin proqnozlar paytaxtımızdakı yarış həftəsonu üçün günəşli hava vəd edir - biz Bakıda yarışların belə havada baş tutmasına artıq alışmışıq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq, temperatur +27 dərəcəyə qədər yüksələcək. Şənbə və bazar günləri isə günəşli hava gözlənilir, termometrlər maksimum +28 dərəcəni göstərəcəklər. Həftəsonu boyunca yağıntı ehtimalı 10%-dən yüksək deyil.

Xatırladaq ki, keçən il də bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*