K.Horner: “Bakı yarışında Force İndia bizə çətinlik törədəcək”

Red Bull komandasınım rəhbəri Kristian Horner bildirib ki, Force İndia mövsüm ərzində olmasa da, bəzi traslarda onlara təhlükə yarada bilər.

F-1.az xatırladır ki, Rikkardo Kanada yarışında uzun müddət Force İndia komandasının sürücüləri tərəfindən təqib olunsa da, yerini qoruya bilmişdi.

Kristian Horner: “Bəzi traslarda Force İndia komandasının bizə yaxın olmasını gözləyirik. Növbədə Bakı və Avstriya yarışları var. Bu traslarda Williams və Force İndia çox güclü olacaqlar. Force İndia Kanadada Ferrari ilə eyni tempə sahib idi. Güc qurğuları çox yaxşıdır və buna görə də uzun düzlüklü yarışlarda bizə təhlükə yaratmaları normaldır. Növbəti iki yarış bizim üçün çətin olacaq. Yenə də doğru yolda gedirik və yaxşı nəticələr üçün müsbət yönlü düşünürük”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*